Tarix : 2020 Jan 11
Kod 59288

Süleymaninin qızı əlində silahla ABŞ-ı hədələdi

General Q.Süleymaninin qızı ABŞ-ın ünvanına hədələr səsləndirib.

Arannews-islamzeri.com-un türk mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ tərəfindən sui-qəsdlə öldürülən iranlı general Qasim Süleymaninin qızı Zeynəb Süleymani cümə namazından sonra, əlində silah tutaraq ABŞ-a mesaj göndərib.

O, atasının intiqamının alınacağını deyərək, ABŞ-a qarşı təhdidləri səsləndirib.

Xatırladaq ki, daha öncə Z.Süleymani “Al-Manara” müsahibəsi zamanı bildirib ki, “Trampdan Süleymaniyə rəqib olmaz, elə buna görə də, Tramp raketlərlə hücum edib. Əgər rəqabətə layiq olsaydı, Q.Süleymani ilə üzüzə gələrdi”.


Süleymaninin qızı əlində silahla ABŞ-ı hədələdi
  • Yazılıb
  • da (də) 2020 Jan 11
  • Göndərən جهان کمالی