Tarix : 2020 Jan 10
Kod 59286

Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

Arannews-istanbulda Amerika Xəstəxanasında müalicəsini davam etdirən hüquq müdafiəçisi Oqtay Gülalıyev yanvarın 10-da yenidən əməliyyat olunacaq.

Bu barədə onun oğlu Əli Gülalıyev facebook statusunda yazıb.

Onun sözlərinə görə, atasının vəziyyətindəki müsbət dinamikaya baxmayaraq, həssaslığı qaytaran preparatlara hələ də zəif reaksiya verir.

“Ona görə də yanvarın 7-də onu yenidən MRT-dən keçirdilər. Beynində yenə də maye toplanması var. Bu səbəbdən atam növbəti dəfə əməliyyat ediləcək,” Əli Gülalıyev bildirib.

Oqtay Gülalıyevin səhhərində müsbət dinamikin olduğu, komadan ayılma ehtimalının yarandığı bildirilir. Hüquq müdafiəçisi son günlərdə gözlərini açıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb və komaya düşüb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən Amerika Xəstəxanasına (Amerikan Hastanesi) köçürülüb.

Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.


Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq
  • Yazılıb
  • da (də) 2020 Jan 10
  • Göndərən جهان کمالی