Tarix : 2019 Aug 21
Kod 58695

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Vətənə dönür

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah geri qayıdır.

Arannews-Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Məlumata görə, 180 zəvvardan ibarət ilk qrup Vətənə qayıdacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.

  • Yazılıb
  • da (də) 2019 Aug 21
  • Göndərən جهان کمالی