Tarix : 2019 Aug 09
Kod 58637

Qarabağın oğru, talançı, rüşvətxor icra başçıları olmasına rəğmən yenə də azadlığını istərdinizmi

Ermənistan baş naziri Paşinyan Qarabağda "Qarabağ Ermənistanındır" deyir, orda qəşəng bir "Köçəri" də oynadı. Bəlkə də məhz köçəri oynamaqla demək istəyir ki, azərbaycanlıları buradan köçürmüşük, bura bizim ərazilərdir.
Arannews-Azərbaycan Respublikası PA-dan da hər dəfə təkrarlanan, xalqda qıcıq yaradan, eşidən kimi söyüşün birini bir qəpikdən tolazladan, şablon sözlər bir daha deyilir. Nə imiş? Azərbaycan heç zaman Qarabağın Ermənistanın olmasıyla razılaşmayacaq. Bunu bildik e, yox, gəl razılaşsın da. Artıq bu sözlərin vaxtı keçib, dəyərini itirib. Xalq bunlardan silah gücünə Qarabağı almaq istəyərkən, hakimiyyət sözçüsü Hikmət Hacıyevin danışığına baxın: "Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir." Doğrudan da nə qədər naşı, təcrübəsiz məmurlarımız vardır. Deməli, Qarabağ məsələsi artıq elə bir mərhələyə çatıb ki, bizim hakimiyyət tutuquşu kimi hey təkrarlayıb deyir ki, Qarabağ heç zaman Ermənistanın olmayacaq, lazım gəlsə biz Qarabağı alacağıq, amma hələ ki, lazım gəlməyib. Ermənistan rəsmiləri də deyir ki, siz rəsmiyyətdən çox dəm vurun, biz faktiki olaraq Qarabağı vermirik, Qarabağ Ermənistanındır, rəsmiyyətlə də işimiz yoxdur. 

Əslinə baxanda Ermənistan tərəfi daha real baxır məsələyə. Çünki Azərbaycan tərəfi rəsmi sənədlərə çox bel bağlayıb. Ermənistan isə görür ki, hüququn bir qəpik hörməti yoxdur, deyir cəhənnəm olsun BMT-nin və ATƏT-in qeyri-qəti qətnamələri, mən vermirəm Qarabağı. 
Bu yaxınlarda bir politoloq dedi ki, Azərbaycanda demokratiya olmadığı üçün Qarabağ geri qayıtmır. Sözünü də belə əsaslandırdı ki, əgər Azərbaycanda demokratiya olsaydı, beynəlxalq hesabatlarda insan haqları və demokratiya sahəsində Ermənsitandan geridə olmasaydı, Qarabağ camaatı referendum tələb edərdi və hamılıqla Qarabağın Azərbaycana ilhaq olunmasını və Azərbaycanın tərkibində azad, firəvan yaşamasını rəsmləşdirərdi. Bu sözlər boş sözlər deyil. Çünki yadınızdadırsa Azərbaycan rəsmiləri ermənilərin Azərbaycana gəlməsini onunla əlaqələndirirdilər ki, ermənilər gəlib bizim Azərbaycanın gündən-günə "çiçəklənməsini" görsün və gedib orda təbliğ eləsin. Əcəb anekdotdur. Güya biz ermənilərin Qarabağda asfalt çəkmisini internetdən izlədiyimiz kimi ermənilər vicdan məhbuslarının vəziyyətini bilmir?
Mənə şəxsən maraqlı gələn budur ki, görəsən xalqımız Qarabağın – Qarabağ məntəqələrində azğın, yalançı, talançı, rüşvətxor, saxtakar, oğru icra başçılarının, məmurlarının işləməsi naminə olsa belə qayıtmasını istəyirmi? Yoxsa deyir ki, Qarabağ rayonlarında elə Elmar Vəliyev, Əhəd Abıyev, Hacıbala kimi məmurlar işləyəcəksə, oradan seçilən deputatlar Hadı Rəcəbli, Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev kimi insanlar olacaqsa qoy elə ermənilərdə qalsın.
Azərbaycan Respublikası PA-dan da hər dəfə təkrarlanan, xalqda qıcıq yaradan, eşidən kimi söyüşün birini bir qəpikdən tolazladan, şablon sözlər bir daha deyilir. Nə imiş? Azərbaycan heç zaman Qarabağın Ermənistanın olmasıyla razılaşmayacaq. Bunu bildik e, yox, gəl razılaşsın da. Artıq bu sözlərin vaxtı keçib, dəyərini itirib. Xalq bunlardan silah gücünə Qarabağı almaq istəyərkən, hakimiyyət sözçüsü Hikmət Hacıyevin danışığına baxın: "Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir." Doğrudan da nə qədər naşı, təcrübəsiz məmurlarımız vardır. Deməli, Qarabağ məsələsi artıq elə bir mərhələyə çatıb ki, bizim hakimiyyət tutuquşu kimi hey təkrarlayıb deyir ki, Qarabağ heç zaman Ermənistanın olmayacaq, lazım gəlsə biz Qarabağı alacağıq, amma hələ ki, lazım gəlməyib. Ermənistan rəsmiləri də deyir ki, siz rəsmiyyətdən çox dəm vurun, biz faktiki olaraq Qarabağı vermirik, Qarabağ Ermənistanındır, rəsmiyyətlə də işimiz yoxdur. 

Əslinə baxanda Ermənistan tərəfi daha real baxır məsələyə. Çünki Azərbaycan tərəfi rəsmi sənədlərə çox bel bağlayıb. Ermənistan isə görür ki, hüququn bir qəpik hörməti yoxdur, deyir cəhənnəm olsun BMT-nin və ATƏT-in qeyri-qəti qətnamələri, mən vermirəm Qarabağı. 
Bu yaxınlarda bir politoloq dedi ki, Azərbaycanda demokratiya olmadığı üçün Qarabağ geri qayıtmır. Sözünü də belə əsaslandırdı ki, əgər Azərbaycanda demokratiya olsaydı, beynəlxalq hesabatlarda insan haqları və demokratiya sahəsində Ermənsitandan geridə olmasaydı, Qarabağ camaatı referendum tələb edərdi və hamılıqla Qarabağın Azərbaycana ilhaq olunmasını və Azərbaycanın tərkibində azad, firəvan yaşamasını rəsmləşdirərdi. Bu sözlər boş sözlər deyil. Çünki yadınızdadırsa Azərbaycan rəsmiləri ermənilərin Azərbaycana gəlməsini onunla əlaqələndirirdilər ki, ermənilər gəlib bizim Azərbaycanın gündən-günə "çiçəklənməsini" görsün və gedib orda təbliğ eləsin. Əcəb anekdotdur. Güya biz ermənilərin Qarabağda asfalt çəkmisini internetdən izlədiyimiz kimi ermənilər vicdan məhbuslarının vəziyyətini bilmir?
Mənə şəxsən maraqlı gələn budur ki, görəsən xalqımız Qarabağın – Qarabağ məntəqələrində azğın, yalançı, talançı, rüşvətxor, saxtakar, oğru icra başçılarının, məmurlarının işləməsi naminə olsa belə qayıtmasını istəyirmi? Yoxsa deyir ki, Qarabağ rayonlarında elə Elmar Vəliyev, Əhəd Abıyev, Hacıbala kimi məmurlar işləyəcəksə, oradan seçilən deputatlar Hadı Rəcəbli, Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev kimi insanlar olacaqsa qoy elə ermənilərdə qalsın.
  • Yazılıb
  • da (də) 2019 Aug 09
  • Göndərən جهان کمالی