Tarix : 2019 Jul 23
Kod 58545

Fələstin məsələsi mütləq Fələstin xalqının və İslam Dünyasının xeyrinə qurtaracaq

Fələstin məsələsi mütləq Fələstin xalqının və İslam Dünyasının xeyrinə qurtaracaq

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın yüksək vəzifəli nümayəndə heyəti ilə görüşdə Fələstin məsələsini İslam Dünyasının birinci və ən mühüm məsələsi adlandırıblar.

O həzrət Həmas daxil olmaqla müqavimət qrupları və Fələstin xalqının heyranedici müqavimətlərini yüksək dəyərləndirərək, vurğulayıblar: Müqavimət və mübarizə olmadan qələbə əldə edilmir və biz qəti ilahi vədə əsasən, inanırıq ki, Fələstin məsələsi mütləq Fələstin xalqının və İslam Dünyasının xeyrinə qurtaracaqdır.

Həzrət Ayətullahuluzma Xamenei cənab İsmail Hənyənin öz məktubundakı olduqca yaxşı və mühüm mövqeyini yüksək qiymətləndirərək, deyiblər: Fələstin İslam Dünyasının mərkəzində yerləşdiyi kimi Həmas da Fələstinin hərəkətinin mərkəzində durur.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İran İslam Respublikası Fələstin məsələsində dünyada heç bir ölkədən ehtiyat etmir. O həzrət belə qeyd ediblər: Biz daim Fələstin barədəki baxışımızı açıq və şəffaf şəkildə bildirmişik və hətta beynəlxalq səhnədə, bu sahədə fikir ayrılığına malik olduğumuz dost ölkələr bilirlər ki, İran İslam Respublikası Fələstin məsələsində tamamilə ciddidr.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Əgər İslam Dünyası müttəfiq şəkildə Fələstin məsələsində müqavimət göstərsəydi, hazırda yaxşı şəraitə malik olmuş olardı və səudiyyə kimi Amerikanın ardınca düşən bəzi ölkələrin Fələstin məsələsindən uzaqlaşmaları bir axmaqlıq idi, zira əgər Fələstini himayə etsəydilər, Amerika qarşısında imtiyaz ala bilərdilər.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Cənab Seyyid Həsən Nəsrullahın “Mən inşaallah, Məsciduləqsa-da namaz qılacağam” deməsi bizim üçün tamamilə real və reallaşa bilən bir ümiddir.

İslam İnqilabının Böyük Rəhbəri xəyanətkar “əsrin sövdələşməsi” planına işarə edərək, vurğulayıblar: Bu təhlükəli fitnədə məqsəd, fələstinli gənclər və xalq təbəqələri arasında fələstinli mahiyyətini aradan götürməkdir ki, elə bu əsas nöqtə ilə mübarizə aparılmalı və onların puldan istifadə edərək, fələstinli mahiyyətini aradan götürmələrinə icazə verilməməlidir.

Bu görüşdə Həmas-ın siyasi bürosunun sədr əvəzi cənab Salih Əlaruri İsmail Hənyənin və Fələstin xalqının səmimi salamlarını çatdıraraq, İslam İnqilabının Böyük Rəhbərinə xitabən vurğulayıb: Zat-Alilərinin işarə etdikləri kimi, biz bu qənaətdəyik ki, ilahi vədəyə əsasən, Qüds və Fələstin sionistlərin caynaqlarından azad olacaqlar və bütün mübarizlər və İslam Ümməti Məsciduləqsa-da namaz qılacaqlar.

Cənab Salih Əlaruri Amerikanın və sionist rejimin İran İslam Respublikası ilə düşmənçiliklərinə, sanksiyalar və təhdidlərə işarə edərək, belə qeyd edib: Biz müqavimət hərəkəti və Həmas hərəkatı kimi İran İslam Respublikası ilə həmrəyliyimizi elan və təkid edirik ki, İran barədə hər cür düşmənçilik hərəkəti əslində Fələstinə və müqavimət cərəyanına qarşı düşmənçilik hərəkətidir və biz özümüzü İranı himayə üzrə öz xəttdə bilirik.

Bu görüşün sonunda Həmas-ın nümayəndə heyəti Məsciduləqsa-nın təsviri olan tablonu İslam İnqilabının Böyük Rəhbərinə təqdim edib.

  • Yazılıb
  • da (də) 2019 Jul 23
  • Göndərən سامان آرانی