Tarix : 2019 May 28
Kod 58229

Paşinyanın arvadı oğlu barədə məlumatı təsdiqlədi

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Qarabağda hərbi xidmət keçən oğlu Aşotun Yerevana qaytarılması haqda xəbər vermişdik.

Arannews-FaktXəbər-in "Newsarmenian"a istinadən məlumatına görə, Aşotun anası Anna Akopyan jurnalistlərin bu haqda sualını cavablandırarkən bildirib ki, oğlu Yerevan hərbi hissələrindən birindədir. 

Anna Akopyan oğlunun Yerevana gətirilməsinin Qarabağdakı vəziyyətlə heç bir əlaqəsinin olmamasını və Aşotun kurs keçmək üçün qaytarıldığını deyib: "Mənim Qarabağda vəziyyətin pis olması barədə heç bir məlumatım yoxdur. Bizim oğlumuz istənilən başqa əsgər kimi xidmət edir, onun xidmətinin başqalarından heç nə ilə fərqlənmir. O, sonra Qarabağa qayıdacaq.”

Xatırlıadaq ki, son zamanlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən qondarma rejimlə Paşinyan arasında problemlər yaranıb. Onlar Paşinyanın rəhbərliyini qəbul etmirlər və ona qarşı mübarizəyə başlayacaqları bildirilir. Görünən odur ki, Paşinyan oğlunu mühüm toqquşmalardan xilas etmək üçün Yerevana aparıb.

  • Yazılıb
  • da (də) 2019 May 28
  • Göndərən مدير سايت Aran News