Tarix : 2019 May 09
Kod 58126

Hacı Zülfiqar Mikayılzadə Ramazan ayı haqqında: "Ötən illərə nisbətdə fərq hiss olunur"

Bu gecə niyyət axşamıdır - Sabah "On bir ayın sultanı", mübarək Ramazan ayının ilk günüdür. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq.
Arannews- Biz də fürsətdən istifadə edib, bütün İslam aləmini Allahın rəhmət və bərəkət ayı – Mübarək Ramazanın başlanması münasibəti ilə  təbrik edirik. Ramazan orucuna hazırlaşan müsəlmanlara Allahdan Rəhmət və məğfirət və bu ayın fəzilətindən yararlanmasını diləyirik! Qeyd etmək istəyirik ki, Hədəf14.az olaraq Ramazan ayı boyunca din xadimləri ilə orucun faydaları və digər tərəfləri haqqında müsahibələr işləyəcəyik. ilk müsahibəmiz isə, ilahiyyatçı, quran hafizi hacı Zülfiqar mikayılzadə olub. Həmin müsahibəni sizə təqdim edirik.Red: Hacı, ilk olaraq sizi müqəddəs Ramazan ayının daxili olması və məhbəs həyatınızdan azadlığa qovuşmaq münasibəti ilə təbrik edirik. Sizi çox yormadan suallarımıza keçmək istəyirəm. Artıq bu gün müqəddəs Ramazan ayına daxil olduq. Maraqlıdır, əvvəlki illərlə müqayisədə bu ilki Ramazan ayının  ilk günləri nə ilə fərqlənir, insanlarda əhval-ruhiyyə hansı səviyyədədir?Onu deyə bilərəm ki, keçən illərə nisbətdə təbii olaraq orucla bağlı fərq hiss olunur. Oruc tutanların sayı artıb. İnşallah ki, keyfiyyət də artar. Keçən illərə nisbətdə insanlar daha çox oruc tutmaq fikrindədirlər.  Bu özü əsas fərqlərdən biridir.Red: Həbsdə tutulan oruc azadlıqdakı orucla mənəviyyat olaraq hansı təsirləri bağışlayır?  Bir müddət məhbəs həyatı yaşayan bir insan kimi bu barədə nə deyə bilərsiniz?Təbii olaraq həbsdəki orucun, azadlıqdakı orucla  müəyyən fərqləri var. Çünki orda insan işsizdir, gücsüzdür, heç bir işi yoxdur, fəaliyyəti yoxdur belə oruc tutmaq daha rahatdır. Başqa tərəfdən fərqi odur ki, sıxıntıda olan insanın Allaha yaxınlığı çoxdur. Oruc da insanı Allaha yaxınlaşdırır, insanı saflaşdırır. Təbii olaraq insan sıxıntıda olanda, diqqəti allaha daha çox olur və həmin şəxsin duaları da tez qəbul olur.Red: Əsas hər kəsi maraqlandıran bir məsələ var. Allah müəyyən saat ərzində halalları haram buyurduğu bir ayda, yəni ramazan günlərində evə qonaq gələrsə ona süfrə açmağın işğalı varmı?Əgər bir şəxsin vəzifəsi oruc tutmaqdırsa, xəstə, müsafir və səfərdə deyilsə, bəli ona evdə yemək vermək olmaz, bu günahdır. Yox əgər müsafirdirsə, vəzifəsi oruc tutmaq deyilsə, oruc tutmaq üçün yetkinlik yaşına çatmayıbsa, yemək verməyin savabı vardır. Amma vəzifəsi oruc tutmalı olan insan oruc tutmursa, ona evində yemək vermək olmaz.Red: Hacı, son olaraq oruc tutan insanlara savablarını daha da artıracaq hansı tövsiyələri edərdiniz?Orucun savabını artıracaq xüsusi əməllər var. Xüsusilə insan öz gözünü, dilini, qulağını haramlardan qorusun. Qeybətdən, yalandan, böhtan atmaqdan, kiminsə haqqına girməkdən qorusun. Çoxlu dua və zikrlər etsin. 

Xatun Etibarqızı


  • Yazılıb
  • da (də) 2019 May 09
  • Göndərən مدير سايت Aran News