Tarix : 2019 Mar 01
Kod 57743

İnqilab Rəhbəri İran İslam Respublikasının Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazır olduğunu elan etdilər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün axşam Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdə dostluq və hər gün daha artıq əməkdaşlığı İran və Ermənistanın vəzifəsi və ortaq maraqları istiqamətində adlandırıblar.

Arannews-İnqilab Rəhbəri bu görüşdə deyiblər: Əlbəttə, amerikalılar tamamilə etimadsızdırlar və hər yerdə fitnə, fəsad, ixtilaf və müharibə ardıncadırlar. Amerikalılar İran - Ermənistan əlaqələri və xalqların mənafeyi ilə müxalifdirlər. Amma, biz bunun müqabilində öz əlaqələrimizi və münasibətlərimizi möhkəmləndirməyə borcluyuq.İnqilab Rəhbəri əlavə ediblər: İran və Ermənistan heç vaxt bir-bri ilə problemə malik olmayıblar və biz İslam təlimlərinə əsasən qonşularımız ilə yaxşı münasibətlərə malik olmağı özümüzə borc bilirik. Əlbəttə, Con Bolton kimi ABŞ rəsmiləri bu kimi məsələlər və humanist əlaqələr haqda hansısa anlayışa malik deyillər.İslam İnqilabının Böyük Rəhbəri Qarabağ məsələsinin həllinin Ermənistan və Azərbaycan rəsmiləri arasında davamlı müzakirələrin aparılmasınan asılı  olduğunu deyərək, İran İslam Respublikasının bu məsələnin həllinə kömək etməyə hazır olduğunu elan ediblər.Ermənistanın baş naziri də bu görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinin keçmişini əlaqələrin genişləndirilməsi üçün münasib baza adlandırdı və dedi: Ermənistan heç vaxt heç bir anti-İran addımın bir parçası olmayıb və olmayacaq da. Biz İran ilə əlaqələrin genişləndirilməsini ölkəmiz və xalqımızın xeyrinə bilirik.

  • Yazılıb
  • da (də) 2019 Mar 01
  • Göndərən مدير سايت Aran News