Tarix : 2018 Dec 26
Kod 57308

Ali Rəhbər Ayətullah Haşimi Şahrudiyə cənazə namazı qıldı

Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (rə) adına musəllada dəyərli alim , və İslam İnqilabı Sisteminin vəfalı əməkdaşı olan mərhum Ayətullah Haşimi Şahrudinin cənazə mərasimində iştirak edib.

Arannews-Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, İran xalqının nümayəndələrinin, prezident, hökumət və ordu rəhbərlərinin iştirakı ilə, hüzn və kədər dolu bir atmosferdə keçən mərasimdə Ali Rəhbər mərhum Ayətullah Haşimi Şahrudinin nəşinə cənazə namazı qılıb. Qeyd edək ki, Ali Məqamlı Rəhbər sabah saat 10:00-dan 11:30-a qədər İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ayətullah Haşimi Şahrudiyə həsr olunan anım mərasimi təşkil edəcək. Ayətullah Haşimi Şahrudi dekabr ayının 24-də uzun sürən xəstəlikdən sonra 70yaşında vəfat edib. Mərhum Şahrudi Qum şəhərində Həzrət Məsumənin (s.ə) məqbərəsində dəfn olunacaq. 

  • Yazılıb
  • da (də) 2018 Dec 26
  • Göndərən مدير سايت Aran News