Azad İslam Universitetinin Tehrandakı Elmlər və Təhqiqat bölməsinin tələbələrini daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir qrup tələbənin həlak olması və xəsarət almasının ardınca İslam İnqilabının Böyük Rəhbəri bu acı və ağrılı hadisə ilə bağlı başsağlığı müraciəti veriblər.
Arannews-Həzrət Ayətullah Xameneinin başsağlığı müraciətində deyilir: 9 tələbənin ölməsi və bir qrup tələbənin də yaralanması ilə nəticələnən acı müsibət son dərəcə təəssüf və kədər doğuran bir hadisədir.İnqilab Rəhbəri hadisə qurbanlarının yaxınlarının kədərini bölüşərək, hadisədə xəsarət alanlara Allahdan şəfa diləyib.Çərşənbə axşamı Azad İslam Universitetinin Tehrandakı Elmlər və Təhqiqat bölməsinin tələbələrini daşıyan avtobusun aşması nəticəsində 9 tələbə həyatını itirib, 28 nəfər də yaralanıb