Tarix : 2018 Dec 27
Kod 57306

Bəhreynin ədalət carçısı – Seyx Əli Salman

Bəhreyn “Əl-Vifaq” cəmiyyətinin baş katibi Şeyx Əli Salman haqqında 4 illik həbs müddətinin başa çatmasına 2 gün qalıb.

Maide.Az  xarici KİV-ə istinadən xəbər verir ki,  Şeyx Əli Salmanın həyat yoldaşı  Rima Şölan bu haqda yazıb. R.Şölan yazıb ki, bu həbs müddəti bitdikdən sonar Şeyx Salman haqqında çıxarılan ömürlük həbs başlayacaq. “Ömürlük həbs, ölkədə ədalətin bərqərar olmasını istəyən və buna dinc  müxalifət edən şəxsin cəzasıdır”. Haşiyə: Şeyx Salamn  2014-cü ildə  həbs olunub,  2015-ci ildə onun haqqında 4 illik həbs qərarı çıxarılıb.  Bu hökm sonradan 9 ilə qədər artırılb,  lakin Apelyasiya məhkəməsi bu hökmü ləğv edib və 4 il qərarını təsdiqləyib. Daha sonar  Şeyx Salman və  daha iki nəfəri  Qətər hökumətinə "casusluq" etmək ittihamı ilə mühakimə olundu və bəraət alıb. Lakin prokrorun bəraət hökmünə etirazından sonar  Apelyasiya məhkməsi  bu şəxsləri ömürlük azadlıqdan məhrum edib.Bəhreyn dünyada şiələrin sayına görə üçüncü ölkədir. Belə ki, bir milyona yaxın əhalisi olan ölkənin 80 faizindən çoxunu Əhli-Beyt ardıcılları təşkil edir. Lakin hökumət Səudiyyə rejiminin diqtəsi altında fəaliyyət göstərən sələfilərin əlindədir. Ali Xəlifə rejimi ölkəni istədiyi kimi idarə etmək “səlahiyyətinə” malikdir. Zəngin neft yataqları olan ölkənin sərvətləri yalnız bir ailənin əlində cəmləşib. Qalan əhali isə bu zənginliklrin içərisində səfalət içində yaşayır. Artıq 10 ildən çoxdur ki, xalq rejimə qarşı etiraz edir. Amma Səudiyyə və onun havadarlarının dəstəyi ilə bu dinc aksiyalar ən qəddar şəkildə yatırılır. Xüsusilə dini liderlərə qarşı amansız olan Bəhreyn rejimi tanınmış İslam alimi Şeyx isa Qasımı həbs etdikdən və vətəndaşlıqdan məhrum etdikdən sonra Bəhreyn “Əl-Vifaq” cəmiyyətinin baş katibi Şeyx Əli Salman və təşkilatın digər 4 üzvünə qarşı əsassız ittihamlar irəli sürüb. Ölkədə etiraz edən şəxsləri qorxu içində saxlayan rejim onları vətəndaşlıqddan məhrum edərək qovur və əvəzində digər ölkələrdən sələfi əqidə daşıyıcılarını vətəndaşlığa qəbul edir. Yerli xalq isə buna etiraz edəndə hökümət qüvvələrinin sərt təpkisi ilə üz-üzə qalır. Şeyx İsa Qasım və Şeyx Salman niyə həbs edilib?Bəhreyn rejimi yaxşı anlayır ki, xalqın böyük hissəsini təşkil edən əqidənin rəhbərlərinin həbsdə saxlanması onların müqavimətini saxlamaq üçün ciddi silahdır. Lakin bütün səylər nəticəsiz qalır. Bu gün də rejim əleyhinə aksiyalar davam edir. Təssüf ki, bu anti-demokratik addımlar dünya birliyi tərəfindən sadəcə sükutla qarşılanır. Buna “daxili məsələ” adı ilə hər hansı reaksiya verilmir.

  • Yazılıb
  • da (də) 2018 Dec 27
  • Göndərən مدير سايت Aran News