Tarix : 2018 Dec 27
Kod 57304

Mövlud Çavuşoğlu Fars Körfəzinin ölkələrini Yəmənlə bağlı tənqid etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fars körfəzi ölkələrinin Yəmənlə bağlı yanlış siyasətlərinin dinc insanların ölməsilə nəticələndiyini bildirib.Anadolu

Arannews-Çavuşoğlu “2018-ci il Türkiyə xarici siyasətini qiymətləndirmə” iclasında çıxış edərək Yəməndəki müharibənin 5-ci ilinə daxil olduğuna diqqət çəkib və Fars körfəzi ölkələrinin yanlış siyasətləri və səhv addımlarının bu ölkədə insanların aclıqdan və xəstəlikdən əziyyət çəkdiyini, uşaqlarla qadınların öldüyünü söyləyib.Türkiyənin Yəməndə siyasi həll üçün səylər etdiyini söyləyən Çavuşoğlu, belə danışıb: “Beynəlxalq cəmiyyətin və digərlərinin səylərini dəstəklədiyimiz kimi, indi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Yəmən Təmas Qrupunun Toplantısı üçün İİT-ə müraciət etdik. Gələn ay ərzində, yəni 2019-cu ilin yanvar ayında bu toplantını İstanbulda həyata keçirməyi düşünürük”.Digər tərəfdən Çavuşoğlu, Səudiyyə rejiminin İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayətilə bağlı bunları deyib: “Qaşıqçı cinayəti bir məhkəmə işidir, cinayətdir, amma Səudiyyə rejimi ilə ikitərəfli bir problem kimi görmürük. Qaşıqçı cinayətilə bağlı BMT-nin istintaqı üçün bəzi ölkələrlə danışıqlar aparırıq”.

  • Yazılıb
  • da (də) 2018 Dec 27
  • Göndərən مدير سايت Aran News