Tarix : 2018 Dec 26
Kod 57297

“Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda dəyirmi masa keçirildi

dekabrın 25-də Azərbaycanın müxalif siyasi partiya rəhbərlərinin birgə toplantısı keçirildi.

Arannews-“İslaminSesi” bildirir ki, toplantı Klassik Xalq Cəbhəsinin qərərgahında baş tutub.Toplantıya dövlət himni səsləndirməklə start verilib və ardınca şəhidlərimizin ruhuna dualar oxunub.Toplantının əsas təşəbbüsçüsü və təşkilatçısı sabiq Daxili İşlər Naziri İskəndər Həmidov idi. O, toplantını açıq elan edərək aparıcılığı öz üzərinə götürüb.Toplantı iştirakçıları və çəxış edənlər ölkətə ictimai-siyasi vəziyyəti təhlil edib, mövcud hakimiyyətin daxili və xarici siyasətindəki nöqsanları dilə gətirdilər.Eyni zamanda toplantıda siyasi partiya rəhbərləri mövcud perespektiv və qarşıda duran planlardan söhbət açdılar.Həmçinin qərara alındı ki, dəyirmi masanın davam etdirilməsi və gündəlik məsələlərin müzakirəsi üçün işçi qrupu yaradılsın.Həmçinin gələn il yanvarın ilk on günlüyündə növbəti dəyirmi masanın keçirilməsi və işçi qrupunun iş planının hazırlanması barədə təkliflər irəli sürülüb.AİP sədr əvəzi Hacı İlham Əliyev də dəyirmi masada iştirak edib və mövzu ilə əlaqədar çıxış edib.

 

  • Yazılıb
  • da (də) 2018 Dec 26
  • Göndərən مدير سايت Aran News