Tarix : 2018 Dec 25
Kod 57289

Şəhadəti olan xalqın əsarəti olmaz

Dünya müsəlmanlarının vəliyyi-fəqihi

Şəhidlərin ismarışları müjdə ismarışıdır. Biz onların ismarışlarını eşitmək üçün öz qulaqlarımızı islah etməliyik. Bəziləri bunu eşitmirlər. Halbuki, Qurani-kərim buyurur: 


«وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ»

“Arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”
Şəhidlər qorxu və kədərin olmayacağını xəbər verirlər. Əlbəttə, qorxu və kədərin olmayacağı mesajının ən kamil nümunəsi onların özü üçündür. Hamının düçar olduğu qorxu və kədərlər dolu payda Allah yolunda şəhid olanların, yəni sizin həmin cavanlarınızın, istər müqəddəs müdafiədə şəhid olanlar, istər sərhədləri müdafiə edərkən şəhid olanlar, istər təhlükəsizliyi qoruyarkən şəhid olanlar, istər hərəm və Əhli-beyt (ə) müdafiə edərək şəhid olanların ismarışı həm özləri, həm də dinləyiciləri üçün müjdədir.İmam (r) ona görə buyurur: “Şəhadəti olan xalqın əsarəti olmaz.”
Siz, Allah yolunda fəda olmağa böyük bir müvəfəqiyyət hesab etdikdə, şəhadətə xatir heç bir qorxu hiss etmədən təhlükəyə doğru gedəcəksiniz və dünyada sizin qarşınızı ala biləcək heç bir güc olmayacaq.

  • Yazılıb
  • da (də) 2018 Dec 25
  • Göndərən مدير سايت Aran News