Tarix : 2018 Dec 21
Kod 57249

Azərbaycanda bir dənə kişi var" deyən Hacıbala uşaqlara nə ağıl verə bilər ki

Mənə elə gəlir ki, valideynlər öz uşaqlarını Hacıbala Abutalıbovdan mümkün qədər uzaq tutmalıdır.

Arannews-Bakının sabiq meri, baş nazirin indiki müavini Hacıbala Abutalıbov uşaqlarla görüşüb və onlara ağıllı olmağı məsləhət görüb. Mənim üçün şəxsən maraqlıdır ki, yaltaqlığın hətta hüdudlarını Bakının küçələrini dağıtdığı buldozerdən betər cihazlarla viranə qoyan bu insan uşaqlara nə ağıl öyrədə bilər? Mənə elə gəlir ki, valideynlər öz uşaqlarını Hacıbala Abutalıbovdan mümkün qədər uzaq tutmalıdır. Əlbəttə mənim məqsədim adamın haqqında yayılan şayələrə diqqət çəkmək deyil. Düzdür, onun haqqında deyirlər ki, dəlidir, ağlında problem var, nə bilim filan xəstəxanadan adamn dəlilik kağızı var. Məsələn Hafiz Hacıyev iddia edirdi ki, Hacıbala dəlidir. Amma Hafiz Hacıyevin özü "ağıllı" olsaydı bu dəqiqə hakimiyyət dairələrinə "xod tapa" bilərdi. Necə ki, Hacıbala illərdir mer işlədikdən sonra öz stulunu başqa idarə də olsa qoruyub saxlaya bildi. Hafiz Hacıyev isə illərdir yaltaqlıqda Hacıbala ilə müharibə aparır amma bir şeyə nazil ola bilməyib. Elə illərdir balıq tutmaqla dolanır.Hə, o da doğrudur, Hafiz Hacıyevi də dəli hesab eləmək olmaz. Əslində o Hacıbaladan da ağıllıdır. Çünki Hacıbala başını baş nazirin yanında işləməklə bəlaya salıb. İstər-istəməz məsuliyyət tələb edən işdir. Amma Hafiz Hacıyev isə heç bir məsuliyyət qbul etmədən ildə bir neçə dəfə telekanalizasiyada görünür, seçki kompaniyalarına qoşulur və pulu alıb qoyur cibinə. Bundan ağıllı adam?Mövzudan deyəsən çox uzaqlaşdıq. Bəli məni təəccübləndirən yazıq valideynlərin uşaqlarını Hacıbala ilə görüşməyə qoyarkən yol verdikləri səhvdir. Hacıbala həmin adamdır ki, siyasi hakimiyyətin "şurumburumudur", "şən klounudur". "You Tube" kanalına baxsanız "novıy qodda" evə "saxta baba" çağırmağa ehtiyac yoxdur, elə həmin kanalda Hacıbalanın "onluğuna" baxıb gülsəniz, əməlli başlı bayramınız olar. Amma verdiyi nəsihətdə görün nə deyir? Deyir ki, əgər atanızı, ananızı, müəlliminizi sevirsinizsə onlardan ağıllı olmalısınız. Adam düz deyir, məsələn özü gözəl bilir ki, yaşadığı ölkədə, təmsil olunduğu hakimiyyətdə ağılın meyarı puldur. Onu da gözəl bilir ki, 250-300, lap olsun 350 manat maaş alan müəllimənin "ağlı olsaydı" müəllimliyin daşını atıb gedib daş daşıyardı – Hadı Rəcəblinin söyə-söyə. Onun "ağıl" deməkədn məqsədi də məhz vəzifə sahibi olmaqdır. O ki qaldı kişinin (üzür istəyirəm, onun əqidəsinə görə Azərbaycanda bir dənə kişi var) bundan otuz il sonra da yağ-bal içində yaşamasının qarantı olan "Azərbaycanda bir dənə kişi var..." deməsinı, bəli, o, bu sözü deməklə onun üçün dəlilik kağızları yazan həkimlərin orta məktəbi rüşvətlə bitirməsini rəsmən sübut etdi. Ağıl buna deyərlər. İndi yazıq valideynlər sabah balalarının İcra Hakimiyyətində, nazirliklərdə işləməsi üçün tələb olunan ağılı Hacıbala müəllimdən almaq naminə onunla görüşə övladlarını buraxmayıb neyləsinlər? Hacıbala demişkən, ağıllı olun!


  • Yazılıb
  • da (də) 2018 Dec 21
  • Göndərən مدير سايت Aran News