Tarix : 2018 Dec 10
Kod 57150

Terrorçuların kimyəvi silahdan istifadəsi barədə Moskvanın sübutları var

Noyabrın 24-də terrorçuların Suriyanın Hələb şəhərində tərkibində zəhərli maddələr olan silahdan dinc xalqa qarşı istifadə etdikləri barədə Rusiyanın təkzibolunmaz sübutları var.

Arannews-FaktXeber.com-un məlumatına görə bu barədə RF Müdafiə Nazirliyi məlumat verib.Nazirlikdən bildirilib ki, Dövlət Departamenitinin Hələbdə terrorçuların kimyəvi silahdan istifadə xəbərinin «saxta olduğu»  barədə bəyanatları hadisənin araşdırılmasının qarşısının alınması üçün Kimyəvi Silahların Qadağan olunması barədə Təşkilata kobud təzyiqdir.Xatırladaq ki, noyabrın 24-də Hələbin Nil, əl-Xalidiyə və Cəmiyyət əz-Zəhra qəsəbələrinə kimyəvi silahla hücum olub. Hücum nəticəsində 107 nəfər xəsarət alıb.

  • Yazılıb
  • da (də) 2018 Dec 10
  • Göndərən مدير سايت Aran News