Tarix : 2018 Nov 19
Kod 56974

Ayətullah Amili: “İsrail” regiona gəldiyi yol ilə də qayıdacaq

Ərdəbilin imam cüməsi deyib: “Qondarma İsrail rejimi regiona gəldiyi yol ilə də geri qayıdacaq. Bu Allahın haqq vədi olaraq yaxın gələcəkdə həyata keçəcək.”

Arannews-Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində “Bəsic həftəsi” münasibətilə deyib: “Bu ölkədə hər kim əziz islami İranımızın izzət, istiqlal, ucalıq və iqtidarı uğrunda qeyrət, qayğı, həssaslıq göstərsə, əli, dili pak, rəftarı xalqın əsas məsləhətləri istiqamətində hərəkət etsə, o bəsicidir. Bu tərifi əsas götürdükdə bizim xalqımızın böyük hissəsi bəsicidir və bəsic xalqımızın səhnədə iştirakının simvoludur. İnqilabın məharəti odur ki, işlərin idarəçiliyini öz xalqının əlinə tapşırsın. Düşmənin sanksiya və təzyiqləri xalqı səhnədən uzaqlaşdırmaq, xalq və dövlət arasında fasilə yaratmaq üçündür.”Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi xütbələrinin digər hissəsində İslam Peyğəmbərinin (s) viladəti və Vəhdət həftəsinə işarə edərək deyib: “Allahın rəsulu (s) ümmətin ən böyük vəhdət ortağıdır. Mütəal Allah Quranda dəfələrlə ixtilaflı məsələlərin həllində Peyğəmbəri (s) hakim etmişdir və and içmişdir ki, əgər onun hakimliyini qəbul etməsəniz, heç bir şeyə iman gətirməmisiniz.Allahın rəsulu (s) bütün ixtilaflı işlərdə çox mübarək bir sünnə qoymuşdur. Bu sünnəyə diqqət etməklə ixtilafın yeri yoxdur.”İmam cümə əlavə edib: “Yer kürəsində yaşayan bütün insanların bir-birilə qardaş olmasını tələb edən vahid ümumdünya ailə nəzəriyyəsi Allahın rəsulunun (s) dünya vəhdəti və sülhü mövzusundakı şah əsəridir.”Ərdəbil əyaləti əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi xütbəsinin digər hissəsində Qəzzəyə hücumun pərdə arxasında dayanan amillərin ifşa olmasına işarə edərək deyib: “Bu həftə sionist rejim bir mövzunu ifşa etdi. Bu məsələyə görə İslam ümmətinin qan ağlaması gərəkdir. Məsələ budur ki, Bin Salman Netanyahuya demişdir ki, bütün gücü ilə Qəzzəyə hücum etsin. Beləliklə, Fələstinə hücum xəbəri dünyanı özünə məşğul etsin və Kaşıkçıməsələsiunudulsun.Ərəbistanda Ali-Səud rejimi təsis olduğu vaxtdan Fələstin ideyalarına xəyanət etmişdir. Yarandığı ilk vaxtlardan ingilis onlarla belə şərt bağlamışdır ki, sizi hakimiyyətə bu şərtlə gətiririk ki, Fələstin barədə və İsrailin yaranmasında bizimlə əməkdaşlıq edəsiniz. Ona görə də Səudiyyə rejiminin təsisçisi deyir: Fələstini verdik ki, yəhudilər orada məskunlaşsın.Amma sikəncəbin ödü artırdı. Yəni Kaşıkçı məsələsi mətbuat və mediadan unudulmadı, üstəlik İsrail üçün də böyük rüsvayçılıq yarandı.Həmas yeni bir addımda raket vasitəsilə sionist rejiminə cavab verdi və bir gündə 400 raket işğal edilmiş ərazilərə atdı. İlk dəfə olaraq Netanyahu Misir vasitəsilə Həmasdan atəşkəs xahişi etdi.Bir gün ərzində 400 raket atılması və sionist rejimin atəşkəs istəməsi çox mühüm və ciddi bir addımdır, Amerika, sionist rejim və regionda Amerika koalisiyasının bütün balanslarını pozur.Bu hadisədə sionist rejimin heybəti sındı və müqavimət sübut etdi ki, bundan sonra müdafiə gücünə malikdir. Zərbə o qədər dərin idi ki, Liberman istefa verməyə məcbur oldu və 20 min sionist Almaniyadan sığınacaq istədi.Bu qələbə o qədər böyük idi ki, Qəzzə əhalisi bayram keçirdilər, Qəzzənin məscidlərindən təkbir və kilsələrindən naqus səsləri ucaldı.”Xətib daha sonra deyib: “Sionist rejim sapandın 4 ilin içərisində raketə çevrilməsindən hələ heyrətdədir. Qəzzənin texnoloji və ən ağır şəraitdə iqtisadi bir mühasirədə olduğu, yanacaq, elektrik enerjisi, dərman və s. olmadığı, işçilərin maaşları problemlə üzləşdiyi bu 4 il içərisində sapand necə raketə çevrilmişdir?Qəzzənin yeganə çıxış yolu olan Rəfəh Misir tərəfindən bağlanmışdır, ərzaq gətirilən yeraltı tunellər Sisinin göstərişi ilə betonla doldurulmuş, dəniz yolu ilə də yükdaşıma tamamilə dayandırılmışdır, sionist rejim hətta balıq ovuna belə icazə vermir və onlara tərəf atəş açır. Başqa sözlə, Qəzzə bir milyon yarım cəmiyyəti ilə fələstinlilərin böyük bir zindanına çevrilmişdir.”Xətib vurğulayıb ki, sionist rejim özünə təskinlik vermək və abrını qorumaq üçün bu raketlərin Liviyadan oğurlanaraq Qəzzəyə gətirildiyini deyir. Halbuki, Qəzzə tamamilə mühasirədədir.Ərdəbil Əyaləti Ümumi Mədəniyyət Şurasının sədri sionist rejimin xəyallarının puç olmasına işarə edərək deyib: “Sionist rejim Nildən Fərata qədər işğal etmək istəyirdi. Amma divarlar arasında gizləndi və özünü hasara aldı. İndi isə görür ki, hasarın içində də amanda deyildir. “İsrail”in əsas qorxusu budur ki, 4 il içərisində Həmasın raketləri bu qədər inkişaf edibsə, yaxın gələcəkdə böyük bir raket facəsini gözləmək lazımdır. Ona görə də sionist rejim bundan sonra rahat yata bilməyəcək.Bu hərəkət ərəb şahlarının abrını tamamilə apardı. Çünki Qəzzə əhalisi çox sadə və asan vasitələrlə “İsrail”in məğlub etdi, amma ərəb kralları ağlasığmaz səviyyədə silahlar almaqlarına baxmayaraq, heç bir təsir qüdrətinə malik deyildirlər. Sanki o silahları müsəlmanlara və öz xalqına qarşı istifadə etmək üçün alıblar.”İmam cümə deyib: “Qəzzə əhalisi müqavimət nəticəsində bu yerə gəlib çatdılar. Onlar sionistlərlə ərəb qılınc rəqsi etmədilər, sionistlərlə yəmənlilərin cənazəsi üzərində məzlumların qanı ilə dolu stəkanı başlarına çəkmədilər, “əsrin müqaviləsi”ni imzalamağa razı olmadılar, qondarma İsrail rejiminin paytaxtının Qüdsə köçürülməsini qəbul etmədilər, onlar dedilər: İsrail adlı bir dövlət yoxdur ki, onun paytaxtı da olsun.Bu hərəkət sübut etdi ki, raketin fövqəladə müdafiə gücü vardır. Elə buna görə də Amerika İrana israrla deyir ki, bütün raketlərinizi bizə təhvil verməlisiniz.”Ali Məqamlı Rəhbərin Ərdəbil əyaləti üzrə nümayəndəsi xatırladıb: “Sionist rejim deyirdi ki, gələcək bizimlədir. Fələstinli qocalar öləcək və uşaqlar Fələstinin işğal edilməsini unudacaq. Amma əksinə Fələstinin həmin uşaqları bu raketləri düzəltdilər.Sözügedən hadisədə maraqlı məsələ budur ki, sionist rejim Fələstində bir silahlı qrupun öhdəsindən gələ bilmir. Amma İranı hücumla təhdid edir. Bütün bunlar İrana qarşı psixoloji müharibə və öz üzlərini sili ilə qızartmaqdır.”Həzrət Ayətullah Amili xütbəsinin davamında deyib: “Bu atəşkəsin və sionist rejiminin böyük məğlubiyyətinin ən önəmli mesajı odur ki, birincisi Amerika və onun koalisiyası bütün bu silahları, pulları və hərbi qüvvələri ilə silahlı bir qrupun qarşısında aciz qaldı. Bu, Amerika və onun müttəfiqləri üçün böyük rüsvaylıqdır; ikincisi, regionun taleyi dövlətlərin deyil, onun xalqının əlindədir. Hər bir xalq öz iradəsi ilə öz taleyini əlinə alır, hətta sionist kimi şər bir rejim onun qarşısında dayansa da.”Ərdəbilin imam cüməsi sonda deyib: “Bizim sionist rejiminə sözümüz, Seyid Həsən Nəsrullahın onlara dediyi sözdür. Seyid Həsən Nəsrullah İsrailə səslənərək deyir: Ey yəhudilər, sizin Fələstində qalmaq haqqınız yoxdur. Siz buradan getməlisiniz, həm də çox tezliklə. Bu sizin üçün daha yaxşıdır, əgər başa düşsəniz.”

  • Yazılıb
  • da (də) 2018 Nov 19
  • Göndərən مدير سايت Aran News