Tarix : 2018 Oct 15
Kod 56677

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Oktyabr ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Arannews-İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 214 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

 Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

 Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

  • Yazılıb
  • da (də) 2018 Oct 15
  • Göndərən مدير سايت Aran News