Tarix : 2018 Sep 29
Kod 56537

İsrail Qəzza sərhəddində keçirilən aksiyaya hücum etdi: 1 uşaq, 5 gənc öldürüldü

Fələstin Səhiyyə Nazirliyi məsələ ilə bağlı bəyanatında, dinc bir şəkildə keçirilən yürüş zamanı həlak olanların adlarını açıqlayıb.

Arannews-İslamazeri.com "Palinfo"ya istinadən xəbər verir ki, bu gün "Böyük qayıdış" adı ilə fələstinlilər tərəfindən Qəzza sərhəddində keçirilən aksiya İsrail əsgrləri tərəfindən atəşə məruz qalıb. Hücum zamanı 1-i uşaq olmaqla,  6 nəfər dünyasını dəyişib.Fələstin Səhiyyə Nazirliyi məsələ ilə bağlı bəyanatında, dinc bir şəkildə keçirilən yürüş zamanı həlak olanların adlarını açıqlayıb.

Qeyd edək ki, mart ayından bu yana hər cümə Qəzza sərhəddində "Böyük qayıdış" adı ilə yürüş keçirilir. Bundan əvvəlki yürüşlərdə də, İsrail tərəfi dinc yürüş iştirakçılarına atəş açıb.İyul ayında keçirilən aksiyada məhz, İsrail Ordusu qadın, uşaq fərqi qoymadan 142 nəfərin öldürülməsinə səbəb olmuşdu.


  • Yazılıb
  • da (də) 2018 Sep 29
  • Göndərən مدير سايت Aran News