Tarix : 2018 Sep 27
Kod 56522

Yəməndə vəba 2508 nəfərin canını aldı

Yəmənin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, bu ölkədə vəba xəstəliyinin qurbanlarının sayı 2508 nəfərə çatıb.
Arannews-Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Səhiyyə Nazirliyi bildirib ki, Vəba xəstəliyi ölkənin 20 vilayətində yayılıb. 

BMT avqustun 24-də bir bəyanatda Yəməndə vəbaya yoluxanların sayının bir milyon yüz min nəfər olduğunu bildirmişdi.

Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarının və bu ölkə infrastrukturunun məhv edilməsinin davam etməsi ilə Vəba xətəliyinin yayılma tempi də artır. 

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıbdır. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Yəmən xalqının müqaviməti nəticəsində təcavcüzkarlar, yəni Səudiyyə Ərəbistanı rejimi və onun müttəfiqləri nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər.


  • Yazılıb
  • da (də) 2018 Sep 27
  • Göndərən مدير سايت Aran News