Tarix : 2018 Sep 26
Kod 56510

Ruhani: ABŞ-ın ƏMTP-dən çıxması onun təcrid olunmasına gətirib çıxarıb

Ruhani: ABŞ-ın ƏMTP-dən çıxması onun təcrid olunmasına gətirib çıxarıb
Arannews-İİR prezidenti Nyu-York vaxtı ilə dünən gecə Amerikanın xarici siyasət üzrə aparıcı simaları və ziyalıları ilə görüşündə ABŞ dövlətinin ƏMTP-dən çıxmaqla Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozşum olduğunu bildirərək deyib: Amerikanın verdiyi sözü tutmaması beynəlxalq ictimaiyyətin tarixi yaddaşından pozulmayacaq.

Həsən Ruhani ABŞ-ın ƏMTP-dən çıxmasını səhv adlandırıb və deyib: Bu hərəkət Amerikanın təcrid olunmasına səbəb oldu. İİR prezidenti ABŞ dövlətinin bu hərəkətinin heçvaxt ümumi etimadın, beynəlxalq sülh və sabitliyə töhvə vermədiyini vurğulayaraq deyib: İİR Amerikanın qanuna zidd hərəkəti qarşısında son dərəcə səbirli olub və bu İran xalqının əzəmətinin göstəricisidir. 

Ruhani deyib: Amerikanın yaratdığı vəziyyət uzun müddət üçün davam edə bilməz və gec-tez bu xam qərar sona çatacaq.


  • Yazılıb
  • da (də) 2018 Sep 26
  • Göndərən مدير سايت Aran News