Tarix : 2018 Sep 26
Kod 56508

Müsəlmanlar Almaniyanın ayrılmaz hissəsidir - SORĞU

Almaniyada aparılan araşdırmaya görə, ictimaiyyət İslamla bağlı fərqli düşüncələrə sahibdir.
Arannews-Madie.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Alman Protestant Kİlsəsinin Sosial Elmlər İnstitutu  tərəfindən  təqdim edilən hesabatda deyilir. 
İnstitut araşdırması  zamanı paradoksla üzləşib. Belə ki, sorğuda iştirak edənlərin  54 faizi  İslamın Alman cəmiyyəti üçün uyğun olmadığını bildirsə də, 69 faizi  müsəlmanların  ölkənin  gündəlik həyatının vacib hissəsi olduğunu bidliriblər.  
Maraqlısı odur ki, sorğuda  iştirak edən 2 min nəfərin 56 faizi məktəblərdə İslam dinin tədris edilməsinə qarşı çıxsada, 42.5 faiz dövlət strukturunda  müsəlmanların təmsil olunmasını normal hesab edib.  
Araşdırmaya görə, Alamaniya  müsəlmanlarla əlaqəsi olmayan şəxslərin 59 faizi onların Almaniyanın bir hissəsi olduğunu düşünür. 
 

  • Yazılıb
  • da (də) 2018 Sep 26
  • Göndərən مدير سايت Aran News