Tarix : 2018 Sep 26
Kod 56503

Azərbaycanlı jurnalist ''Qafqazın qəhrəmanı'' seçilə bilər

Rusiyada fəaliyyət göstərən "Qafqazski uzel” saytı ənənəvi olaraq "Qafqazın qəhrəmanı” seçiləcək şəxsin müəyyən edilməsi üçün onlayn səsvermə keçirir.
Arannews-Bu il namizədliyi irəli sürülmüş yeddi nəfərin arasında, hazırda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı da var. 
Dünənə qədər Ə.Muxtarlı səsvermədə lider olsa da, bu gün mövqelərini itirib və hazırda 26,46% səslə ikinci yerdədir. 
Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib. 
Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. 
Səsvermədə iştirak etmək istəyənlər bu linkə daxil ola bilərlər : Əfqan Muxtarlı ''Qafqazın qəhrəmanı'' seçilə bilər
  • Yazılıb
  • da (də) 2018 Sep 26
  • Göndərən مدير سايت Aran News