Tarix : 2018 Sep 25
Kod 56501

Şeyx Sərdarın işi Avropa Məhkəməsində icraata götürülüb

Avropa İnsan Hüquqları Məhkəməsi şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayevin) işi üzrə kommunikasiyaya başlayıb.

Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib: “Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrin qadağan edilməsi), 5.1, 5.3, 5.4 (azadlıq və toxunulmazlıq hüququ), 6.2 (teqsirsizlik prezumpisyası), 9 (fikir, vicdan və din azadlığı), 10 (fikri ifadə etmək azadlığı), 11 (yığıncaqlar və birləşmək azadlığı), 14 (ayrı seçkiliyin qadağan olunması) maddələrin pozulması ilə bağlı hökümətə suallar ünvanlamışdır.

Ümid edirik, Hacı Sərdar tezliklə vaxtından əvvəl azad olunar.”

  • Yazılıb
  • da (də) 2018 Sep 25
  • Göndərən مدير سايت Aran News