Tarix : 2018 Sep 25
Kod 56499

Ərdoğan BMT-ni tənqid etdi: 5 ölkə hamının yerinə hökm verə bilməz

Bu haqda o, BMT Baş Assambleyasında iştirak üçün etdiyi Nyu-York səfəri zamanı bildirib.

Arannews-İslamazeri.com-un “Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasını (TŞ) yenidən formalaşdırmağı zəruri hesab edir. Bu haqda o, BMT Baş Assambleyasında iştirak üçün etdiyi Nyu-York səfəri zamanı bildirib.

194 ölkə içərisindən 5 ölkə bütün dünyanın yerinə hökm verə bilməz”, - deyə o bildirib.Onun sözlərinə görə, yalnız TŞ-in daimi üzvlərinin sayının çoxalacağı halda BMT ədalətli fəaliyyət göstərə bilər.Ərdoğan həmçinin qeyd edib ki, ümumdünya təşkilatı mövcud münaqişələri, məxsusən də Suriya münaqişəsini həll etmək qabiliyyətində deyil.

Ərdoğan BMT-ni tənqid etdi: 5 ölkə hamının yerinə hökm verə bilməz!

  • Yazılıb
  • da (də) 2018 Sep 25
  • Göndərən مدير سايت Aran News