Tarix : 2018 Aug 23
Kod 56207

Tale Bağırzadə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik etdi

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
ArannewsBu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.Operativ.tv-yə daxil olan məlumatı olduğu kimi təqdim edirik:“Qurban bayramı ədalətin, azadlığın, ruzinin və bərabərliyin simvoludur. Azərbaycan xalqı əsrlər boyu İslam dininin ayinlərini icra edib. Bu gün ölkəmizdə iqtisadi problemlər olmasına baxmayaraq insanlar yenə də Qurban bayramını qeyd etməyə çalışırlar. Azərbaycanda yüzlərlə ailənin çətin vəziyyətini nəzərə alsaq bu il də bayramın onlar tərəfindən necə qarşılanacağını bilmək heç də çətin deyil. Azərbaycan hökuməti dəyərlərinə sahib çıxan xalqa qarşı atdığı addımları dayandırmalı və xalqın yanında olmalıdır. Xalqın yanında olmaq hökumətlər üçün ən böyük prestijdir.  İnanırıq ki, qurban kəsən insanlarımız bu bayramda da imkansız ailələri unutmayacaq və onlara yardım edəcəklər.Əziz Azərbaycan xalqı bu gözəl bayram münasibəti ilə sizi təbrik edir və daima rifahın sizinlə olmağını Uca Yaradandan arzulayıram.

Tale Bağırzadə

22.08.2018

Qobustan həbsxanası”


  • Yazılıb
  • da (də) 2018 Aug 23
  • Göndərən مدير سايت Aran News