Tarix : 2018 Jul 11
Kod 55814

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək"

Bakı, 10 iyul, SalamNews. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək".

Arannews-SalamNews xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib."Dağlıq Qarabağ və Naxçıvan məsələsində indiyə qədər əlimizdən gələni əsirgəmədik, problemin üzərinə getdik. Bundan sonra da problemin həllinin üzərinə getməkdə qərarlıyıq. Məlum olduğu kimi Naxçıvanla Türkiyə arasında quru yol əlaqəsi ilə bağlı problemlər həll olunub", deyə dövlət başçısı vurğulayıb. 

  • Yazılıb
  • da (də) 2018 Jul 11
  • Göndərən مدير سايت Aran News