Tarix : 2018 Jul 04
Kod 55745

Mingəçevir İES-də yanğın baş verib

Azərbaycan Respublikasının Mingəçevir rayonunda yerləşən ən böyük elektrik stansiyasında partlayış və yanğın baş verib.
Arannews-İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, ötən gecə Azərbaycan Respublikasının Mingəçevir şəhərindəki ən böyük elektrik stansiyasının (İES) bir və altıncı bölmələrində partlayış və yanğın baş verib. 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürənlər ezam olunub və bir neçə saat ərzində yanğın söndürülüb. 

Bu hadisə nəticəsində Bakı şəhəri, Azərbaycan Respublikası rayonlarının təxminən yarısında elektrik kəsilib. Bu hadisə qatarlar və metronun hərəkəti, şəhər səviyyəsində yol hərəkət çıraqlarında problemlər, eləcə də avtobuslar və Bakı şəhərinin bir sıra rayonlarında su verilməsinin kəsilməsi ilə nəticələnib. 

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərenerji şirkəti birgə bəyanat verərək və Mingəçevir stansiyasında partlayış və yanğının istiliyə və elektirikdən istifadənin artmasına görə olduğunu bildirərək əlavə ediblər: Hal-hazırda vəziyyət tam nəzarətdədir və ölkə səviyyəsində elektrikin verilməsi tədricən bərpa olunur. 


  • Yazılıb
  • da (də) 2018 Jul 04
  • Göndərən مدير سايت Aran News