Tarix : 2018 Jun 09
Kod 55505

İranda da İsrail əleyhinə nümayişlər keçirilib

İranda “Qüds günü”nün şərəfinə (Hər il Ramazan ayının sonuncu cümə günü keçirilir, İsrailin Fələstini işğal etməsi qınanır) kütləvi antiisrail nümayişləri keçirilib.

Arannews-“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, nümayişlər ölkənin 900-dan çox şəhərində baş tutub. Nümayişçilər İsrailin Fələstinə qarşı atdığı addımları qınayan şüarlar səsləndiriblər. Nümayişi 5 mindən çox fotoqraf və jurnalist, həmçinin 150 əcnəbi KİV nümayəndəsi işıqlandırıb. Qeyd edək ki, Qüds günü ilk olaraq 1979-cu ildə İranda qeyd edilməyə başlanılıb. Bir sıra ərəb ölkələrində də həmin gün nümayişlərlə müşayiət edilir. 

  • Yazılıb
  • da (də) 2018 Jun 09
  • Göndərən مدير سايت Aran News