Tarix : 2018 Jun 07
Kod 55485

ABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası

İşğalçı İsrail rejiminin Fələstinin işğal olunmuş əraziləri ilə Qəzza sərhədindəki "Böyük Dönüş Yürüyüşü"-nə qatılan filistinlilərə, müxbirlər və səhiyyə işçilərinə qarşı törətdiyi hücumlara etiraz əlaməti olaraq ABŞ-ın Çikaqo şəhərində aksiya keçirilib.
Arannews-Maide.Az "AA"-a istinadən xəbər verir ki,  işğalçı rejimin  Vaşinqtondakı səfiri Ron Dermerin Çikaqoya səfəri zamanı təşkil edilən etiraz aksiyası, şəhərin Lake Viev bölgəsindəki Anshe Emet sinaqoqunun qarşısında həyata keçirilib. 
Etiraz  aksiyasına yüzdən çox insan qatılıb.  Aksiyada işğalçı İsrailin bölgədə həyata keçirdiyi hücumların soyqırım olduğu vurğulandı. Etirazçılar Fələstin bayraqları ilə yanaşı, vəzifə borcunu yerinə yetirərkən şəhid edilən Qəzzanın könüllü tibb bacısı Rəzzan ən-Nəccar və digər şəhidlərin şəkillərini daşıyıb.  
Fərqli mədəniyyətlərdən, coğrafiyalardan onlarla insanı bir araya gətirən aksiyaya çox sayda  yəhudi də qatılıb.  "İşğala son qoyulmalıdır" , "Qüdsün İsrailin paytaxtı olması qəbul olunmazdır", və " Ədalət bərqərar olmayınca müqəddəs torpaqlarda sülh olmaz" şüarlarının səsləndiyi etiraz aksiyasında "İsrailə boykot", "Fələstin azad olmalıdır" və "ABŞ və İsrail Qüdsdən əl çək" yazılı pankartlar dalğalandı.
  • Yazılıb
  • da (də) 2018 Jun 07
  • Göndərən مدير سايت Aran News