Tarix : 2018 Jun 07
Kod 55483

Müsəlman xanım Moskva merinin əlini sıxmaqdan imtina etdi - FOTO

Müsəlman xanım Moskva meri ilə əl ilə görüşməkdən imtina etdi

Arannews-İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, hicablı müsəlman xanım Moskva şəhərinin meri Sergey Sobyaninin əlini sıxmaqdan imtina edib.Bu, İttifaqlar Evində akkreditasiya edilməmiş jurnalistlər üçün mərbuat mərkəzinin açılış mərasimi zamanı baş verib. Qeyd edək ki, həmin jurnalistlər futbol üzrə DM-2018-i işıqlandıracaqlar.Hadisənin fotosunu isə “Veçernyaya Moskva” qəzeti dərc edib. Şəkildə Moskva merinin əlini uzadaraq könüllüləri necə salamladığı görünür, lakin müsəlman xanım isə əlini uzatmayıb, bunu əvəzinə isə, xanım əlini ürəyinin üzərinə qoyaraq, öz hörmətini nümayiş etdirib.


  • Yazılıb
  • da (də) 2018 Jun 07
  • Göndərən مدير سايت Aran News