Tarix : 2018 May 18
Kod 55309

Prokuror dələduzluqda təqsirləndirilən sabiq polis polkovnikinə cəza istəyib

Prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Arannews-Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt postunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib."Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.Prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Məhkəmənin növbəti iclası mayın 18-nə təyin edilib.Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulunu mənimsəməkdə ittiham olunur. O, həmin məbləğin 35 min manatını zərərçəkmişə qaytarıb.

  • Yazılıb
  • da (də) 2018 May 18
  • Göndərən مدير سايت Aran News