Tarix : 2018 Apr 30
Kod 55104

Hər azərbaycanlının 2302 dollar borcu var

"BVF-nin hesablamalarına görə, Azərbaycanın xarici borcu 22 milyard 566 milyon dollar təşkil edir ki, bu da adambaşına 2302 dollar borc deməkdir."

Arannews-Faktxeber.com-un məlumatına görə, bu barədə tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu ölkəmizin xarici borclarını şərh edərkən deyib.Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya İqtisadiyyatının İnkişaf perspektivləri icmalının birgə tərtib etdiyi dövlət borcu xəritəsində Azərbaycanın bu ilin əvvəlinə müvafiq göstəricinin ÜDM-də 54,7 faiz olduğu qeyd olunub. Bu göstərici ölkəmizlə müqayisəyə gələn Rusiya, Qazaxıstan, Moldova, Belarus və Gürcüstana nisbətən pisdir.

Xəritədən görünür ki, post-sovet məkanında borc göstəricisi üzrə yalnız Ukraynan ilə müqayisədə yaxşı durumdayıq. Ötən ilki ÜDM-in 70 milyard 135.1 milyon manat olduğunu nəzərə alanda, BVF-nin hesablamalarına görə, Azərbaycanın xarici borcu 38 milyard 363,9 milyon manat və ya 22 milyard 566 milyon dollar təşkil edir ki, bu da adambaşına 2302 dollar borc deməkdir.

Qubad İbadoğlu təəssüfə bildirir ki, Azərbaycanda rəsmi statistika bu sahədə gerçək vəziyyəti təhrif edir: "Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin açıqlamasına görə, 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz göstərilib. Mili statistikanın işsizlik, inflyasiya və yoxsulluq da daxil olmaqla bu tip göstəriciləri dəfələrlə saxtalaşdırdığını nəzərə alaraq daha mötəbər mənbə hesab etdiyim BVF və Dünya İqtisadiyyatının İnkişaf perspektivləri icmalının birgə tərtib etdiyi dövlət borcu xəritəsini sizin diqqətinizə təqdim edirəm. Baxın və müqayisə edin. Nəticə çıxarın görək ildən ilə artan xarici dövlət borclarını kim, nə vaxt və necə ödəyəcək."


  • Yazılıb
  • da (də) 2018 Apr 30
  • Göndərən مدير سايت Aran News