Tarix : 2018 Apr 26
Kod 55076

Cavid Şirəliyev həbsdən çıxdı

Siyasi məhbus kimi tanınan “7gun.az” saytının baş redaktoru Cavid Şirəliyev azadlığa buraxılıb.

Arannews-Bu barədə Toplum Tv-yə jurnalistin anası Zahirə Şirəliyeva məlumat verib. 

O bildirib ki, Gəncə Apelyasiya Məhkəməsi işi Cinayət Məcəlləsinin 62-ci maddəsinə tövsif edərək jurnalisti sərbəst buraxıb.
 
Cavid Şirəliyev 2014-cü il senytabrın 1-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə təqsirli bilib və o, 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib.


  • Yazılıb
  • da (də) 2018 Apr 26
  • Göndərən مدير سايت Aran News