Tarix : 2018 Apr 16
Kod 54962

"Nardaran işi 2" üzrə təqsirləndirilənlər hansı həbsxanalara göndərildi

Şərti olaraq "Nardaran işi 2" adlanan məhkəmə prosesi üzrə təqsirləndirilən şəxslərin hansı həbsxanalarda cəza çəkəcəyi məlum olub.

Arannews-Belə ki, martın 28-də Bakı Apellyasiya məhkəməsi təqsirləndirilənlər barədə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Aprelin 14-ü təqsirləndirilənlər Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisələrinə göndərilib.Rakurs TV-nin məlumatına görə, Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanlı və Seymur Aslanov 7 saylı Cəza Çəkmə Müəssisəsinə göndərilib. Məhkəmənin hökmü ilə Elçin Qasımov 15 il, Nahid Qəhrəmanlı 13 il, Seymur Aslanov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.İlahiyyatçı Fərhad Muradov, Elgün Axundov və Seyfəddin Şirvanov isə cəzalarını 11 saylı Cəza Çəkmə Müəssisəsində çəkəcəklər. Fərhad Muradov və Elgün Axundova 12 il 6 ay, Seyfəddin Şirvanova isə 12 il 3 ay həbs cəzası verilib.Hərəkatın digər üzvləri - Ramin Əliyev, Vüsal Alışov və İsa İbrahimov 15 saylı Cəza Çəkmə Müəssisəsinə göndərilib. Ramin Əliyev 14 il, Vüsal Alışov və İsa İbrahimov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.Hərəkatın digər üzvləri - Ağa-Əli Yəhyayev, Əmirəli Əliyev və Əli Şahbazov isə 1 saylı Cəza Çəkmə Müəssisəsinə göndərilib. Ağa-Əli Yəhyayevə 15 il, Əmirəli Əliyev və Əli Şahbazova isə 12 il 3 ay həbs cəzası verilib.2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. 

0
  • Yazılıb
  • da (də) 2018 Apr 16
  • Göndərən مدير سايت Aran News