Tarix : 2018 Apr 07
Kod 54866

Qüds iman sərhəddidir, biz bunu heç kimə verə bilmərik - Allahşükür Paşazadə (FOTOLAR)

Azərbaycanda səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Arannews-Hədəf14.az-ın xəbərinə görə,  görüşdə Allahşükür Paşazadə Azərbaycan ilə Fələstin arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalql

arımızın möhkəm dostuq münasibətlərinin olduğunu deyib. QMİ sədri Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb. İki ölkə arasında əlaqələrimizin bundan sonra daha da genişlənəcəyi  ifadə olunub.

Şeyxülislam qeyd edib ki, Azərbaycan Prezident hər zaman dünyada gedən siyasi proseslərə öz münasibətini bildirib. Qüds problemi də belə məsələlərdəndir. ABŞ-ın Qüdslə bağlı qərarı Azərbaycan Prezidenti və xalqı tərəfindən kəskin şəkildə pislənilib. Dövlətimizin başçısı bununla bağlı Türkiyədə keçirilən konfransda iştirak etdi, münasibətini bildirdi. Qüds iman sərhəddidir, biz bunu heç kimə verə bilmərik. Bu məsələdə bütün müsəlman ölkələri birləşib bir yerdə olmaldır ki, tezliklə öz həllini tapsın.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən QMİ sədri bu problemin həllində İslam ölkələrinin bir olmasının önəmini vurğulayıb.

Riad Malki Azərbaycan dövlətinin hər zaman Fələstin xalqının yanında olmasını xüsusi minnətdarlıqla qeyd edib. O, Qüds məsələsi ilə bağlı Türkiyədə keçirilmiş konfransda Azərbaycan Prezidentinin iştirakının və Fələstin xalqının haqlarını müdafiə etməsinin ölkəsində yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransında müzakirə olunan məsələlərin önəmini qeyd edib, konfransın faydalı nəticələrinin olacağına əminliyini bildirib.

 

SalamNews



  • Yazılıb
  • da (də) 2018 Apr 07
  • Göndərən مدير سايت Aran News