Tarix : 2018 Apr 06
Kod 54863

İraqın əl-Anbar qərbində İŞİD təkfirçilərindən bir qrupu yaxalanıb

İraq qüvvələrinin əl-Anbar vilayətinin qərbində keçirdiyi xüsusi əməliyyatda bir qrup İŞİD ünsürü saxlanılıb.
Arannews-Mehr İnformasiya Agentliyinin Ən-Nəşrəyə istinadla verdiyi məlumata görə, bir təhlükəsizlik rəsmisi deyib: Əl-Anbar vilayətinin qərbində İŞİD terror qruplaşmasının qalan təkfirçiləri əleyhinə lazımi məlumatlar əldə olunduqdan sonra bu əməliyyat keçirilib. Kütləvi İnformasiya Vasitələri də bildiriblər: İraq ordusunun əməliyyatları əl-Anbar vilayətinin qərbindəki müxtəlif bölgələrdə, o cümlədən Əqziyə Ər-Rətbə, əl-Qaim və Hitdə keçirilib. İraq baş naziri və silahlı qüvvələrin ali baş komandanı Heydər əl-İbadi 2017-ci ilin dekabr ayında bu ölkə ərazisinin İŞİD-in işğalından tam azad olunduğunu rəsmən elan etdi. Lakin bu ölkənin İŞİD-in qalıqlarının işğalından təmizlənməsi əməliyyatı hələ də davam edir. 

  • Yazılıb
  • da (də) 2018 Apr 06
  • Göndərən مدير سايت Aran News