Tarix : 2018 Apr 05
Kod 54846

“Qarabağın və xalqımızın xilası yalnız milli vəhdətlə mümkün olacaq” – Mövsüm Səmədov

AİP sədri Mövsüm Səmədov hüquqlarını müdafiə edən vəkili Bəhruz Bayramlı ilə görüşüb

arannews-Bu barədə “İslaminSesi”nə vəkil özü məlumat verib. Vəkilin sözlərinə görə, müvəkkilinin vəziyyəti yaxşıdır, əhval-ruhiyyəsi hər zaman olduğu kimi yüksəkdir. 

Mövsüm Səmədovun gec də olsa baharın gəlişi və yeni Günəş ilinin doğması ilə əlaqədar Azərbaycan xalqını təbrik etdiyini söyləyən vəkil Bəhruz Bayramov, AİP liderinin bunları söylədiyini vurğulayıb:

 “Bu il milli vəhdətin yaranması münasibəti ilə xalqımıza uğurlar arzulayıram. Məhz bu cür vəhdətlə həm Qarabağ problemini, həm də ki, daxildəki problemləri tezliklə həll edə bilərik. Allah bu yolda xalqımıza yardımçı olsun.

 Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.


  • Yazılıb
  • da (də) 2018 Apr 05
  • Göndərən مدير سايت Aran News