Tarix : 2018 Apr 04
Kod 54839

"Haşdi Şabi" könüllüləri PKK-nı İraqdan qovmağa hazırdır - İraqlı deputat

"Haşdi Şabi" könüllüləri PKK-nı İraqdan qovmağa hazırdır - İraqlı deputat
Arannews-İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraq Ordusunun nəzdində fəaliyyət göstərən, "Haşdi Şabi" briqadası PKK terrorçularını İraq torpaqlarından qovmağa hazırdır.
Məlumata görə,  "Haşdi Şabi" briqadası PKK terror qruplaşması və digər bu qruplaşmaya bağlı olan kiçik qrupları İraqdan qovmaq üçün İraq hökümətinə müraciət edib.
İraq Parlamentinin deputatı Əhməd Əsədi bildirib ki, Türkiyə ilə İraq hökümətləri arasında razılığa görə, İraq Ordusunun nəzdində fəaliyyət göstərən, "Haşdi Şabi" briqadası PKK terror qruplaşması və digər bu qruplaşmaya bağlı olan kiçik qrupları Sincardan çıxaracaq.
PKK və  "Haşdi Şabi" könüllüləri arasında silahlı toqquşmalar istisna deyil.
Qeyd edək ki, Türkiyə höküməti Sincardan PKK-nın qovulmadığı təqdirdə Afrin əməliyyatları kimi hücumların həyata keçirəcəyini dünyaya açqlamışdı.
  • Yazılıb
  • da (də) 2018 Apr 04
  • Göndərən مدير سايت Aran News