Tarix : 2018 Apr 01
Kod 54810

Polis Bakıdakı mitinqlə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

Arannews-Hədəf14.az xəbər verir ki, İdarədən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, martın 31-də  Demokratik Qüvvələrin Milli Şura quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.


  • Yazılıb
  • da (də) 2018 Apr 01
  • Göndərən مدير سايت Aran News