Tarix : 2018 Mar 31
Kod 54804

Fələstində qanlı gün - Təkcə bu gün 370 fələstinli yaralanıb

Sionist rejiminin xəbərdarlıqlarına baxmayaraq, fələstinlilər, “Torpaq günü” münasibətilə işğal olmuş ərazilərə “Qayıdış mitinqləri”ni keçirəcəkləri ilə bağlı çağırış etmişdilər. Qəzza sektoru ilə İsrail “sərhədi” zolağında aksiya keçirən fələstinlilərə atəş açılıb. 370-dən artıq yaralı var.

Arannews-İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, “Torpaq günü” ilə əlaqədar keçirilən “Qayıdış mitinqləri” Sionist rejiminin işğal etdiyi ərazilərin sərhədlərində keçirildiyindən fələstinlilərə atəş açılıb. İndiyə qədər 7 fələstinlinin şəhid olduğu və 370-dən çoxunun yaralandığı deyilir. 

Bundan öncə sionist rejimi fələstinlilərin Qayıdış aksiyasını “xaos mitinqi” adlandırmış və sərhəd zolağına yaxınlaşanlara atəş açacağını bildirmişdi. İsrail tərəfi Qəzza zolağında aksiya keçirənlərin hədəfə alınması üçün 100-dən çox snayper atıcısı yerləşdirəcəyini emişdi. 

Son aylarda xüsusilə də ötən ilin noyabrında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra Fələstin ərazilərində etirazlar qalxıb və ciddi qaynama görünür. Həmin gündən indiyədək sionist rejimi orta hesabla günə 15 fələstinlini həbs edir

  • Yazılıb
  • da (də) 2018 Mar 31
  • Göndərən مدير سايت Aran News