Tarix : 2018 Mar 30
Kod 54789

Suriya Afrinlə bağlı sərt açıqlama verdi: “Suriya torpaqlarının hər qarışını azad edəcəyik”

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri BMT Təhlükəsizlik Şurasında keçirilən Suriya iclasında etdiyi çıxışında Golan təpələri, Afrin, o cümlədən Suriya torpaqlarının hər qarışının azad ediləcəyini deyib.
Arannews-Bəşər əl-Cəfəri BMT Təhlükəsizlik Şurasında keçirilən Suriya iclasında bildirib ki, Şərq Qutanın hamısını radikal terrorçulardan xilas etmə saatı yaxınlaşıb.
“Qutadakı vətəndaşların humanitar dəhlizlərə canları bahasına axın edərək, Suriya ordusuna qovuşmaları qərb dövlətləri və terror təşkilatlarının iddialarını alt-üst etdi. Suriya ordusu Hələb və Deyr əz-Zoru xilas etdiyi kimi Şərqi Qutanı da xilas edərək, xalqın can və mal təhlükəsizliyini təmin edib. Suriyanın torpaqlarında heç bir terror və ya xarici gücün varlığını qətiyyən qəbul etməyəcəyik. Golan və Afrin, o cümlədən Suriya torpaqlarının hər qarışının terrorçulardan və düşmənlərdən xilas edəcəyik”, – deyə B. Cəfəri qeyd edib.

  • Yazılıb
  • da (də) 2018 Mar 30
  • Göndərən مدير سايت Aran News