Tarix : 2018 Mar 07
Kod 54602

Afrinin mərkəzinə hücuma keçməyin vaxtı çatıb - Ərdoğan

Afrinin mərkəzinə hücuma keçməyin vaxtı çatıb.
Arannews-Hədəf14.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin bu gün qrup toplantısında bildirib. 
Ərdoğan bildirib ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində dinc sakinlərin zərər çəkməsi barədə Qərb ölkələrinin yaydığı məlumatlar həqiqəti əks etdirmir: "Türkiyə öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında maraqlıdır. Heç kim Türkiyəyə Afrindəki əməliyyatı nə zaman bitirmək lazım olduğu barədə göstəriş vermək hüququna malik deyil"

  • Yazılıb
  • da (də) 2018 Mar 07
  • Göndərən مدير سايت Aran News