Tarix : 2018 Feb 20
Kod 54445

Əlövsət Sadıqlı: Polis evimizi mühasirəyə alıb

Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının ailəsinə təzyiq edildiyi bildirilir. Bu barədə onun atası Əlövsət Sadıqlı məlumat verib. Onun sözlərinə görə, fevralın 18-də səhər saatlarında yaşadıqları ərazi mühasirəyə alınıb:
Arannews-2 post-patrul maşını, 1 “CİP Lexus”, 1 BMW, bir də sahə mavəkkilinin maşını Sabunçu rayonu, Şuşa qəsəbəsi, 1-ci beşmərtəbədə yaşadığımız yeri mühasirəyə aldı. 12-ci bölmənin cinayət axtarış müvəkkili Emin adlı şəxs öz maşını ilə gəldi və oğlum Elgiz Sadıqovu soruşdu. Soruşdum ki, nə məsələdir. Dedi: “Elgizin cəzasının vaxtı qurtarıb, işi bağlamaq mənə tapşırılıb. Mənimlə getməlidir ki, izahat versin, işi bağlayaq”. Soruşdum ki, qardaşı Tural Sadıqlının siyasi çıxışlarına görə Elgizi tutmağa gəlmisiniz, bəlkə? Dedi ki, heç bir əlaqəsi yoxdur. Soruşdum ki, ancaq izahatla əlaqədardırsa, bu qədər polisin gəlməsinə nə ehtiyac var, qardaşı Tural Sadıqlının siyasi fəaliyyəti ilə bağlı gəlmisinizsə, deyin, mən də işimi bilim. Dedi ki, onlarla mənim əlaqəm yoxdur, sadəcə olaraq, mənimlə gedəcək, izahat verəcək və qayıdacaq”.
Ə.Sadıqlının sözlərinə görə, Elgiz günün ikinci yarısında gələ biləcəyini deyib və Emin adlı polis əməkdaşı razılaşaraq gedib:
“Sonra Emin də qayıtdı və binanın 1-ci blokunda, yəqin ki, Elgizin çıxmasını gözləyir. Hazırda binanın 4 bir tərəfi polislərin nəzarətindədir və oğlumun çıxmasını gözləyirlər. Yəqin ki, bir azdan evə hücum edəcəklər”.
Ə.Sadıqlı baş verənləri oğlunun siyasi çıxışları ilə əlaqələndirir:
“Bir nəfərin telefonla verdiyi xəbərə görə, o, polislərin kiminləsə söhbətini eşidib və öyrənib ki, Almaniyada yaşayan qardaşı Tural Sadıqlının siyasi çıxışları ilə əlaqədar oğlum Elgiz Sadıqovu tutmağa gəliblər.
Sabunçu rayon Polis İdarəsindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.
Bu, Sadıqlıların təzyiqlə üzləşdiklərini dedikləri ilk hal deyil. Ötən il də ailə polis təzyiqinə məruz qaldığını bildirmişdi.

  • Yazılıb
  • da (də) 2018 Feb 20
  • Göndərən مدير سايت Aran News