Tarix : 2018 Feb 17
Kod 54423

İsrail döyüş təyyarəsinin vurulması əmri Bəşər Əsəd tərəfindən verilib - Həsən Nəsrullah

İsrail döyüş təyyarəsinin vurulması əmri Bəşər Əsəd tərəfindən verilib - Həsən Nəsrullah
Arannew-İslaminSesi.info-nun verdyi məlumata görə, Livanın Hizbullah müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ABŞ dövlət katibi Reks Tillersonun Yaxın Şərq turunu başa vurmasından sonra regional məsələlər barədə çıxış edib.

Həsən Nəsrullah çıxışı zamanı sionist İsrail rejiminin F-16 döyüş təyyarəsinin Suriya ordusu tərəfindən vurulmasını böyük nailiyyət adlandırıb.

 "İsrail təyyarəsinin düşürülməsi qərarınnı İranla, Rusiyayla bir əlaqəsi yoxdur. Bu qərar yalnız Suriyanın və şəxsən dövlət başçısı Bəşər Əsədin qərarıdır. Bu qədər dəqiq. İsrail təyyarəsi, Suriya ordusundakı qəhrəman əsgərlər və zabitlər tərəfindən düşürülüb. Bu çox böyük bir hərbi nailiyyətdir."

 

 

Hizbullah baş katibi çıxışında, həmçinin Vaşinqtonun suriyalı kürdləri qanuni Suriya hökumətinə qarşı müharibədə maşa kimi istifadə etdiyini bildirərək, ABŞ rəhbərliyinin ən uyğun zamanda kürd müttəfiqlərini yarı yolda qoyacağını deyib.


  • Yazılıb
  • da (də) 2018 Feb 17
  • Göndərən مدير سايت Aran News