Tarix : 2018 Jan 21
Kod 54132

Sahil Rzalı: "Milli dəyərlər xalqın səyi nəticəsində yaşayır"

6 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edilən Nardaran məhbusu Sahil Rzalı "20 Yanvar" hadisəsi ilə bağlı yazıb. Yazını olduğu kimi təqdim edirik:

Arannews:Rakurs.tv-"Milli dəyərlər xalqın səyi nəticəsində yaşayır. Bu dəyərlərin xatirələrə çevrilməyi xalqın dəyərlərdən düzgün nəticə çıxarmadığını göstərir. Hər bir ölkə hücuma məruz qala bilər. ''Biz hücuma hazırıq" deməklə xalq qüdrətli olmur. Xalq o zaman qüdrətli olur ki, bu hücumların gəldiyi nöqtəni məhv edə bilsin. 
20 Yanvar faciəsi və bu faciədə ölkəsini qanları ilə müdafiə etmiş, şəhid olan "Mübarizlərimiz" hücumların qarşısında necə dayanmağı biz azərbaycanlılara dəqiqliyi ilə öyrədib. Biz bu dəyərlərə əməl etməliyik, yoxsa biz bu "Mübarizlərin" qanına xəyanət etmiş olarıq. Onlar ülviyyətimiz üçün şəhid oldular.
Biz, şəhidlərimizin ata və analarının qarşısında baş əyirik .Ona görə baş əyirik ki, şəhid övladlarına haram tikə yedirtməyiblər. Onların bu məqama çatmalarının əsas səbəblərindən biri halal tikə ilə böyümələridir.
Başımız sağ olsun .Əgər şəhidlərimizin ruhunu şad ediriksə...

  • Yazılıb
  • da (də) 2018 Jan 21
  • Göndərən مدير سايت Aran News