Tarix : 2018 Jan 13
Kod 54060

Azərbaycan-R Xarici İşlər Nazirliyinin qara siyahısında 700 nəfərə yaxın şəxsin adı var

Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına 698 nəfərin adı salınıb. Novator.az bildirir ki, bir ildə siyahı 75 nəfər artıb. 2017-ci ilin əvvəlində siyahıda 623 nəfərin adı vardı.
Arannews-Xarici İşlər Nazirliyi işğal altındakı ərazilərə qanunsuz səfər etmiş əcnəbilərin adlarını qara siyahıya salır, onların Azərbaycana səfərini yasaqlayır.
 Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistanın işğalı altındadır.
 Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.
 Novator.az bildirir ki, hazırda XİN-in qara siyahısında İsveç və Finlandiyadan heç kimin adı yoxdur.

  • Yazılıb
  • da (də) 2018 Jan 13
  • Göndərən مدير سايت Aran News