Tarix : 2018 Jan 13
Kod 54058

Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi

Məhkəmənin hökü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edildi.
Arannews- Balakən Rayon Məhkəməsindəjurnalist Əfqan Muxtarlının barəsindəolan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Hakim Əfqan Muxtarlıya “son sözünüzü deyin”- deyə müraciət etdikdə, Əfqan Muxtarlı belə cavab verib: “Siz mənə son söz verə bilməzsiniz, mən sözümü ömrümün axırına kimi deyəcəm!”
Məhkəmə prosesi saat 14.30-da davam edəcək.
Azadliq.info
  • Yazılıb
  • da (də) 2018 Jan 13
  • Göndərən مدير سايت Aran News