Tarix : 2018 Jan 08
Kod 54010

Mədəniyyət naziri: “Təbriz-2018” İranın mədəniyyət və ədəb səfiri rolunu oynayacaq

Mədəniyyət və İrşad naziri Şərqi Azərbaycanı ölkənin şimal-qərbində İranın vitrini adlandıraraq deyib: “Təbriz-2018 İranın dünyaya mədəniyyət və ədəb səfiri rolunu oynayacaq.”
AranNews – Dünən axşam Təbrizin Petrokimya Sənayesi Kompleksinin toplantı salonunda “Təbriz-2018”-in açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət və irşad naziri Seyid Abbas Saleh Şəriəti çıxış edib. Nazir deyib: “Təbriz və Şərqi Azərbaycan əyaləti İran üzüyünün qaşı, onun gözü və işığıdır. Bu əyalət müxtəlif baxımlardan bir ulduzdur.”
Seyid Abbas Saleh Şəriəti Şərqi Azərbaycanda vəhdət, birlik, millət, din və dilin mürüvvət və qeyrətlə qarışaraq bir yerdə toplandığını açıqlayaraq deyib: “Üç meyar bir-birinin yanında toplanmışdır və əsrlər boyu bu üç meyar bir-biri ilə uyğunluq təşkil etmişdir ki, bu da geniş və tam birgəyaşamanın uğurlu təcrübəsidir. Bu üç bucaq İran və dünya üçün örnək ola bilər.”
Mədəniyyət və irşad naziri əlavə edib: “Şərqi Azərbaycan neçə əsrdir ki, İranın öz qonşuları qarşısında vitrinidir. Çünki bura İran mədəniyyətini qonşu ölkələrə yaymışdır.”
Nazir xatırladıb ki, Təbriz İran mədəniyyətini hər tərəfə sərgiləmək və yaymaq üçün bir fürsətdir. Sözsüz ki, Təbriz olmasaydı çox şeylər İran üçün təsəvvür ediməzdi və çox şeylər İrandan qırağa çıxa bilməzdi. Təbriz İranın əlaqə körpüsüdür və hamıya məlumdur ki, Təbriz İranın mədəniyyət və incəsənət beşiyidir. Mədəniyyətin bu yurd və beşiyində böyük hadisələr baş vermişdir, buranın incəsənət məktəbləri İranın bütün bölgələrini silkələmiş və Təbrizin adını əbədiləşdirmişdir. 
Nazir bu zəminələrdə musiqi, miniatür, xalçaçılıq və digər incəsənət əsərlərinə işarə edərək bu kimi əsərlərin Təbrizi Təbriz etdiyini vurğulamışdır.
Salehi Təbrizin İslamın turizm paytaxtı kimi seçilməsinə də toxunaraq deyib: “Təbrizin kimliyinin İranın mədəniyyət və incəsənət diplomatiyası ilə tarixi bağlılığı olmuşdur və gələcəkdə bu təzahürlə tanınacağından istifadə etmək lazımdır.”


  • Yazılıb
  • da (də) 2018 Jan 08
  • Göndərən مدير سايت Aran News