Tarix : 2017 Dec 02
Kod 53601

Ötən ay sionist rejim qüvvələri tərəfindən 450 fələstinli saxlanılıb

Ötən ay sionist İsrail rejim qüvvələri Şərqi Qüdsdə və Qərb sahilində müxtəlif əməliyyatlar həyata keçirib.

Arannews-Maide.Az “Aanadolu” agentliyinə istinadən xəbər verir ki, Fələstin Məhbusları Araşdırma Mərkəzinin hazırladığı hesabatda bildirilir ki, əməliyyatlar nəticəsində 450 fələstinli həbs olunub ki, onlardan 22-si qadın və 80 nəfəri isə azyaşlı uşaqlardır. 
Hesabatda ən çox həbs olunan Fələstinlilərin Şərqi Qüdsdən (150 nəfər) olduğu bildirilir. 
Qeyd edək ki, işğalçı İsrail rejim rəsmiləri saxlanılan 62 Fələstinlinin əleyhinə "inzibati həbs" qərarı çıxarıb və qeyd edilir ki, rejim qüvvələri tərəfindən Qəzzada yaşayan 5 fələstinli də həbs olunub.
  • Yazılıb
  • da (də) 2017 Dec 02
  • Göndərən مدير سايت Aran News